Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu müşayiət edən nazirlərlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə lideri Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Dünya Hökumətləri Zirvə Toplantısında iştirak etmək üçün Esenboğa Hava Limanına gedib.
Nümayəndə heyətində xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və ticarət naziri Ömər Bolat iştirak edirlər.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ