İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan bu FOTOları və mesajı paylaşdı: "Gəlin..."

Hazırda həm ölkə daxilində, həm də regionda siyasi, təhlükəsizlik və diplomatik gərginliklər içində olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər açıqlaması, atdığı hər addım ictimaiyyət tərəfindən böyük həssaslıqla izlənilir.

Musavat.com da bu həssasiyyətin fərqində olan media qurumlarından biri kimi, Prezident Ərdoğanın dəqiqələr öncə sosial media üzərindən paylaşdığı son mesajı oxucularına təqdim edir.

Türkiyə Prezidenti bu axşam “Millətin Evi”ndə gənclərlə birlikdə iftar süfrəsində bir araya gəldiyini və bu görüşdən duyduğu məmnuniyyəti sosial şəbəkə hesabında bölüşüb. Ərdoğan qeyd edib:

“Süfrəmizi bizimlə paylaşan; coşqusu, enerjisi, ümidi ilə bizə güc və ilham verən qiymətli tələbələrimizə ürəkdən təşəkkür edirəm.”

Prezidentin sözlərinə görə, Türkiyə dövlətinin əsas məqsədi bilgini əxlaqla, ərdəmlə yoğuran gənclərin yetişdirilməsi, onların ailəyə, millətə və bəşəriyyətə faydalı fərdlərə çevrilməsidir:

“İstiqlal və istiqlalımızın təminatı, sabahlarımızın memarı olan bütün gənclərimizə, övladlarımıza salamlarımı, sevgilərimi, ən dərin məhəbbətimi göndərirəm.”

Ərdoğan paylaşımının sonunda isə Türkiyənin milli-mənəvi dəyərlərinə sahib çıxan gənclərə olan sevgisini belə ifadə edib:

“Qəlbi bu ölkə üçün atan, ümidini bu millətə bağlayan; tarixinə, kimliyinə, mədəniyyətinə, inanc və dəyərlərinə sıx şəkildə bağlı olan hər bir evladımızın gözlərindən öpürəm.
Rəbbim belə gənclərin yoxluğunu bu millətə heç vaxt yaşatmasın.”

Qeyd edək ki, Prezident Ərdoğanın bu çıxışı bir tərəfdən Ramazan ayının ruhuna uyğun birlik və ümid mesajı, digər tərəfdən isə Türkiyə gəncliyinə ünvanlanmış strateji güvən bəyanatı kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR