Onlayn ictimai-siyasi qəzet
OPEK+-un hasilatı artırmaq qərarı, həmçinin ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çinə qarşı əlavə rüsum qərarlarının qüvvəyə minməsi dünya neft bazarında qiymətləri üzüaşağı çəkməkdədir.
Musavat.com birja məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin may ayı fyuçerslərinin qiyməti 1 dollara yaxın ucuzlaşaraq 71 dollardan aşağı düşüb.
Nyu-York NYMEX birjasında WTI neftinin aprel fyuçersləri isə eyni qaydada ucuzlaşaraq bir barel üçün 67,20 dollara düşüb.
Analitiklərə görə, Çinin ABŞ-a cavab addımları vəd edən açıqlaması neft bazarı üçün neqativ siqnal rolunu oynayıb. Çinlə ABŞ arasında güclənən ticarət müharibəsinin qlobal iqtisadiyyatın inkişafına ən böyük zərbələrdən birini vuracağı gözlənilir. Hesablamalara görə, bu müharibə qlobal iqtisadiyyatın artım sürətini 2,5 faizə qədər azalda bilər. Bu isə dünyada neftə tələbatın daha da azalmasına səbəb olacaq.
Qeyd edək ki, neft bazarında gedən hazırkı proseslər dövlət büdcəsini 70 dollarlıq qiymətlə hesablayan Azərbaycan üçün ciddi problemlər yarada bilər.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ