Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabil-ağır olaraq qiymətləndirilir.
TƏBİB-dən Musavat.com-a bildirilib ki, 10.01.2025-ci il tarixində saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub:
"Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
17.01.2025-ci il tarixində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
18.01.2025-ci il tarixində vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb.
21.01.2025-ci il tarixində saat 13:00 radələrində xəstənin vəziyyəti nəzərə alınaraq yenidən Reanimasiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil-ağır olaraq qiymətləndirilir".
Şahanə Rəhimli
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ