İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən yaxşı pendir budur - Bilirdiniz?

Alimlər hesab edir ki, yarlsberq ən faydalı pendir növüdür.

Bu barədə diyetoloq Yelena Solomatina “Vm.ru” nəşrinə verdiyi müsahibədə deyib.

O bildirib ki, adıçəkilən pendirin tərkibində daha az yağ və xolesterin var.

"Bu növ pendirin tərkibində çoxlu miqdarda K2 vitamini var. O, kalsiumun sümüklərə sorulmasını təmin edir, damarın içərisinə çökmür və aterosklerotik lövhə əmələ gətirmir. Kalsium damarlarda qalmamalı, sümüklərə getməlidir, əks halda ateroskleroz, insult və infarktdan yaranan fəsadların riski artır. K vitamini onun sorulmasını asanlaşdırır. K1 yaşıl tərəvəzlərdə, K2 isə pendirlərdə olur", - ekspert qeyd edib.

Mütəxəssis həmçinin adige və ya mozzarella kimi yumşaq turşu və kəsmikli pendirlərinə diqqət yetirməyi məsləhət görüb. Onlarda daha az duz və çoxlu faydalı fermentləşdirilmiş qida maddələri var. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR