Onlayn ictimai-siyasi qəzet
Astrologiyada 4 bürc var ki, onlar xəsislikdə sərhəd tanımırlar. Ciblərində pulları olduğu halda hamıya "Pulum yoxdur" deyirlər. Belə insanlarla yoldaşlıq etmək də çox cansıxıcı və maraqsız olur.
Musavat.com baku.ws-ə istinadla həmin bürclərin adlarını təqdim edir:
Əqrəb bürcü
Bu bürcün nümayəndələrinin sirli insan olduqlarını hamı bilir. Bu onların maddi durumunda da özünü büruzə verir. Bu bürcdən olanlar özlərinə pul xərcləyirlər. Həmçinin səyahət də edirlər. Lakin bunu sadəcə özləri üçün edirlər. Başqaları üçün heç bir halda ödəniş etməzlər. Pul yığırlar. Bu bürcdən olanlardan əsla pul istəməyin. Əgər Əqrəbdən borc alsanız onun dilindən əsla qurtula bilməzsiniz. Bu bürcün nümayəndələri sizdən borc alsa, aylarla qaytarmaya bilər.
Qız bürcü
Bu bürcdən olan insanlar özlərinin xəsis olduğunu qəbul etməsələr də, bu reallıqdır. Gərgin xarakterə malik bu bürclər "tutumlu"durlar. Yığdıqları pulun qəpiyinə qədər sayını bilən qızlar ümumilikdə pul xərcləməyi sevmirlər. Lakin kimsə onlar üçün pul xərcləyəndə çox xoşbəxt olurlar.
Xərçəng bürcü
Bu bürcün nümayəndələri evlərinə çox düşkün olurlar. Onlar demək olar ki, vaxtlarının çoxunu evdə keçirirlər. Buna səbəb həm də onların pul xərcləmək istəməmələridir. Onlardan canlarını istəyin, amma pullarını istəməyin. Çox tutumlu bürcdürlər.
Oğlaq bürcü
Oğlaqlar pul yığmağı həyatın əsas piroritetlərindən hesab edirlər. Olduqca diqqətlə pul xərcləyirlər. Lazımsız şeylərə qəpik belə xərcləməzlər. Pullarının artdığını görəndə xoşbəxt olurlar. Onlara nəsə hədiyyə edəndə çox sevinirlər. Lakin bir oğlaq bürcündən hədiyyə gözləyirsinizsə, hələ çox gözləməli olacaqsınız. O sadəcə sizə qarşı həqiqi sevgi bəslədikdə puluna qıyıb hədiyyə ala bilər.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ