Onlayn ictimai-siyasi qəzet
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.
Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.
Qoroskopa görə, ən qısqanc bürclər Qoç, Əqrəb və Xərçəngdir.
Qoçlar dəlicəsinə sevərlər. Sevgilərinin qarşısını almaqdıqda dəliyə dönərlər. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduqları üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır.
Xərçəng bürcü altında doğulanlar aşırı duyğusal olurlar. Lakin qısqanclıq hissi Xərçəngləri rahat buraxmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman Xərçəng çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclığın ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilər.
Əqrəb bürcü altında doğulanlar çox qısqanc olurlar. Qısqanclıq Əqrəb bürcünün yaşam tərzidir. Özünü kontrol edə bilmirlər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar. Əqrəbə pislik etmədikdə, heç vaxt pislik görməzsən. Pislik etdikdə isə cavabı acımasız olur.//azxeber.com
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ