Onlayn ictimai-siyasi qəzet
Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq futbolçusu, hazırda məşqçi olan Emre Belezoğlu motosiklet qəzası keçirib.
Musavat.com xəbər verir ki, 44 yaşlı mütəxəssis hadisədən dərhal sonra xəstəxanaya aparılıb və ayağından əməliyyat olunub.
Həkimlərin verdiyi məlumata görə, Emre Belezoğlunun vəziyyəti hazırda yaxşıdır və onun sağalma prosesi müsbət istiqamətdə davam edir.
Qeyd edək ki, Emre Belezoğlu futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətini davam etdirib. O, "Fənərbağça", "Başakşəhər" və "Ankaragücü" klublarında baş məşqçi vəzifəsində çalışıb və Türkiyə futbolunda önəmli fiqurlardan biri kimi tanınıb.
Emre Belezoğlunun keçirdiyi qəza idman ictimaiyyətində narahatlıq yaratsa da, həkimlərin müsbət açıqlamaları vəziyyətin nəzarət altında olduğunu göstərir.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ