İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmisi arvadı ilə gizli eşq yaşayan qısqanc qatil həbsdə öldü - Azərbaycanda ŞOK

Bakıda daha bir məhkum həbsxanada ölüb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində saxlanılan Hüseynov Rəsul Əlövsət oğlu dünyasını dəyişib.

Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, həbsdə ölən Rəsul Hüseynovun ilginc həyat hekayəsi olub.

Lent.az bununla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, Rəsul Hüseynov əmisi arvadı ilə gizli eşq yaşayıbmış.

Bakının Pirallahı rayonunda yaşayan Rəsul Hüseynov 2018-ci il iyulun 17-də sevgilisi Mariya Qəhrəmanovanı qısqanclıq zəminində öldürüb. 35 yaşlı Rəsul Hüseynov məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı Mariya Qəhrəmanova ilə yaxın münasibətləri olub və bu yaxınlıq 10 il gizli şəkildə davam edib.

Qaynı oğlu ilə gizli eşq yaşayan Mariya Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsulun qısqanclıq hissi oyanıb. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə irad bildirib. Rəsul bununla Mariyanın görüşə gedəcəyini əngəlləyəcəyini zənn edib. Mariya israr etdikdə isə əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR