Onlayn ictimai-siyasi qəzet
İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” istirahət mərkəzində daha bir yeni obyektin açılışını həyata keçirib.
Musavat.com xəbər verir ki, bu dəfə açılan restoran məşhur “Yaban” brendinə məxsusdur.
Ağalarov özünün rəsmi “Instagram” səhifəsində paylaşdığı videoda bildirir ki, yeni “Yaban” restoranı gözəl dizaynı, dadlı menyusu və dəniz mənzərəsi ilə istirahət üçün ideal məkandır. Kadrlarda onun restoranda qonaqlarla birlikdə içki sifariş verdiyi və məkana baxış keçirdiyi anlar əks olunub.
Paylaşımda qeyd edilir:
“Sea Breeze-də əsl istirahət üçün getdikcə daha çox yer açılır. ‘Yaban’ restoranını açdıq – gözəl, dadlı, dənizə baxışlı. Xoş gəlmisiniz!”
Emin Ağalarovun təşəbbüsü ilə son illərdə “Sea Breeze” ərazisində çoxsaylı məşhur beynəlxalq və yerli restoranlar, əyləncə məkanları, mədəni tədbirlər sahələri yaradılıb. Yeni açılan “Yaban” restoranı isə bu inkişafın davamı olaraq təqdim edilir.
Musavat.com həmin açılışdan görüntüləri təqdim edir:
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ