Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva dünya çempionu olub.
Musavat.com xəbər verir ki, Xalq artisti, iş adamı Emin Ağalarov Əminəni aeroportda qaşılayaraq onu təbrik edib.
Emin duğularını sosial mediada bölüşüb:
“Qürurumuz! Əminə ilk beynəlxalq yarışmasında, yüngül-sanda kateqoriyasında Kung Fu Dünya Çempionatının qalibi oldu. Biz bütün ölkə ilə fəxr edirik”.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ