İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməliyyatdan əvvəl mütləq bunları edin - Həkim məsləhəti

"Anesteziya tətbiqindən öncə bir sıra mühüm tədbirlər görülür. Bu tədbirlər xəstənin təhlükəsizliyini artırmaq və anesteziya zamanı mümkün komplikasiyaları azaltmaq məqsədilə aparılır".

BAKU.WS xəbər verir ki, bunu bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Reanimasiya şöbəsinin müdiri Afət Güləhmədzadə açıqlayıb.

Onun sözlərinə görə, tibbi müayinə zamanı xəstənin sağlamlıq vəziyyəti, keçmiş xəstəlikləri və əməliyyat tarixi qiymətləndirilir:

"Lazım gəldikdə, qan testi, elektrolit səviyyələri və digər müayinələr aparılır. Xəstənin anesteziya maddələrinə qarşı allergiyasının olub-olmadığı dəqiqləşdirilir. Xəstədən əməliyyatdan əvvəl bir müddət (adətən 6-8 saat) yemək yeməməsi istənilir. Bu, anesteziya zamanı qusma riskini azaltmaq üçündür. Hər hansı bir dərman qəbul edən xəstələr bunu həkimə bildirməlidirlər. Bəzi dərmanlar anesteziya ilə qarşılıqlı təsir göstərə bilər".

A.Güləhmədzadə qeyd edib ki, xəstəyə anesteziya prosesi və gözlənilən təsirləri izah edilir, bu da onların narahatlığını azaldır:

"Həkim xəstənin vəziyyətinə uyğun anesteziya növünü (ümumi, regional, lokal) seçir. Bu tədbirlər, anesteziya prosesinin daha təhlükəsiz və effektiv olmasına kömək edir. Hər bir xəstə üçün fərdi yanaşma vacibdir. Əlavə yanaşı xəstəlikləri varsa, müvafiq müayinə və müalicə tədbirləri görülür və əməliyyatdan bir gün öncə sakitləşdirici preparatlar verərək xəstə psixoloji hazırlanır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR