Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib.
Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov 2024-cü il aprelin 22-də özəl tibb müəssisəsindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Ona zəruri tibbi xidmət göstərilib. Pasiyent ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, Faiq Sadıqovun vəziyyətinin pisləşməsi barədə onun qızı Əminə Sadıqova məlumat vermişdi.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ