İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist efirdəki biabırçılıqdan danışdı: “Onların abırı-həyası yoxdur”

Müğənni Nüşabə Musayevanın "Bizimləsən" verilişində doğma xalası haqda verdiyi açıqlamalar gündəmi alt-üst etdi.

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb. Daha sonra verişildə üz-üzə gətirilən qohumlar qarşıdurma yaşayıblar. İfaçının xalası deyilənlərin tamamilə yalan olduğunu bildirib. O, canlı efirdə Nüşabəni ögey atası ilə yataqda gördüyünü iddia edib.

Sözügedən kadrlar isə sosial şəbəkələrdə qısa zaman ərzində paylaşılıb və sərt tənqidlə qarşılanıb. Tez-tez hansısa verilişdə efirə yaraşmayan söhbətlərin, müzakirələrin getməsi məsələsi yenidən aktuallaşıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva şəxsi məslələrin efirdə, hər kəsin gözü önündə danışılmasının əleyhinə olduğunu bildirib:

"Bu mövzuda bayağı, bütün həyatını çılpaqlığı ilə efirə, səhnəyə daşıyanlar niyə danışmır? Onlar niyə şkaflarında neçə paltarları olduğunu, bütün şəxsi həyatlarını gündəmə gətirirlər bilmirəm. Gizlin qalmalı şeylər elə gizlin qalmalıdır. Bir məsəl var: Adam yediyini deməz. Yəqin ki, bizlər Nuh əyyamından qalmışıq. Amma biz bu cür şəxsi məsələləri həmişə gizli saxlamışıq. İndi başqa bir dövr gəlib, hamı nə edirsə, dəqiqəsinə, saniyəsinə qədər çıxıb danışır. Düşünürəm ki, onların abrı da, həyası da yoxdur".

Aktrisanın sözlərinə görə, bəzi şeylərin gizli qalması daha məqsədəuyğundur. O, hər şeyi açıb-ağardan sənətçiləri sərt şəkildə tənqid edib:

"O vaxt, bizim dövrümüzdə məşhurlarla bağlı şeylər gizli qalırdı. Çünki o vaxt "İnstagram", digər sosial şəbəkələr, saytlar yox idi. Nə olurdusa, teatrın daxilində olurdu və kənara çıxmırdı. Amma bu gün biri asqıranda bunu bütün ölkə bilir. Çünki həmin "məşhur" asqırdığını da "İnstagram"da yazır ki, əziz izləyicilər, mən bu gün yuxudan oyandım və iki dəfə asqırdım.

Bunu etmək lazım deyil, hər şeyin gizli qalması daha məsləhətdir. Bu zaman izləyiciyə də maraqlı olursan.

Bizim dövrümüzdə də çox şeylər olub, amma o "mətbəx"dən qırağa çıxmayıb. İndi isə hamı deyir ki, mən beləyəm, danışıram, əcəb edirəm, yaxşı edirəm.

Bu cür cəmiyyət təbii ki, zamanla pozğunluğa doğru gedəcək. Abır-həya itəndən sonra geriyə heç nə qalmır. Bir az müşahidə kifayət edər ki, artıq bu cür olduğunu görək.

Biz dünya şöhrətli müğənnilərə, aktrisalara da baxırıq. Onlar hər zaman sadəliyi ilə diqqət çəkiblər. Makiyajları, estetik əməliyyatları sadədir, təbiiliklərini qoruyub saxlayırlar, lakin bizdə hər şey sanki göstəriş üçündür. Niyəsini isə anlamıram. Özüm elə adam olmadığım üçün digərlərinin niyə bu cür etdiyinin də cavabını bilmirəm, açığı, heç bilmək də istəmirəm. Mən yerli telekanallara belə baxmıram, yalnız xəbərləri izləyirəm. Telekanallarımızda gedən verilişlərdəki danışıqlara qulaq asmıram, müzakirələri izləmirəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR