Onlayn ictimai-siyasi qəzet
Tanınmış müğənni, Əməkdar artist Elza Seyidcahanın dayısı nəvəsi hazırda səfil həyat tərzi sürür.
1980-ci il təvəllüdlü Axundov Ramil Məmmədbağır oğlu yalnız uşaqlıqda Elza Seyidcahanı gördüyünü deyib. Onun sözlərinə görə, qardaşı hətta Elza Seyidcahanın portretini çəkərək ona təqdim edib.
Özünün dediyinə görə, ailəsi ilə ayrılıb və bir ildir ki, getməyə yeri olmadığından zirzəmidə gecələmək məcburiyyətindədir. Gənc yaşlarında idmanla məşğul olan Ramil Axundov çoxlu medallar qazandığını fəxrlə dilə gətirir və hazırkı vəziyyətinə görə kədərini gizlətmir. On yaşlı oğlunun və ailəsinin səfil həyat tərzi sürdüyünə və imkansız olduğuna görə onu tərk etdiyini deyən Ramil Axundov göz yaşlarına hakim ola bilmir.
İnsanlar arasında daha çox "futbolçu Məhö" kimi tanınan Ramilin sözlərinə görə, ətrafdakı qonşular hər gün ona yemək gətirir. Amma həftələrlə duş qəbul edə bilmədiyi və natəmiz yerdə yaşadığı üçün bədənində müxtəlif problemlər yaranıb.
"Futbolçu Məhö" yaxın qohumu olan Elza Seyidcahandan kömək istəyir və heç olmasa bir otaqlı ev verilməsini arzulayır.//"Den.az"
Daha ətraflı videoda:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ