Onlayn ictimai-siyasi qəzet
"Biləcəridə qaldığım evi Ülviyyə (müğənni Ülviyyə Namazova - red.) aldı. Sənə Elzanın evini almaq nəsib olub. Ocağım ona düşərli olub. Satıb, başqa yerə köçüb, inkişaf edib. Məni sevən xoşbəxt olacaq. Mənə qarşı mənfi fikri olan isə bədbəxt olacaq".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişində deyib. Müğənnilər arasında proqram zamanı mübahisə düşüb. Seyidcahan ad gününü qeyd etdiyi verilişdə onun olmasına əsəbiləşib.
"İnsanlara yuxarıdan aşağı baxmıram. Sadəcə, peşə mənim üçün müqəddəsdir. Sənət uğrunda şəhidəm. Bilsəniz ki, necə yaşayıram, nələr bəstələyirəm. Mahnı yazanda nə günlərə düşürəm. Oturub ağlayıram ki, Allah yetirdi. O qədər musiqim var ki, görməmisiniz" - deyə, ifaçı bildirib.
Proqramda yer alan Ü.Namazova E.Seyidcahanın şeirlərini ələ salmağa başlayıb. O, "Tikim sizin ağzınızı" şerinə lağ edərkən "Sən ora hələ çatmamısan, çatarsan, bəyənərsən. Sən "t"nı başqa cür görürsən, mən nə edim? Bədənin başdan ayağa tikilib" deyə, Seyidcahan ona cavab verib.
E.Seyidcahan əsəbiləşərək efiri tərk edib. O, daha sonra efirə qayıdıb./axşam.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ