İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlverişsiz hava səbəbindən aeroporta qayıdan təyyarə Naxçıvana yola düşüb

"Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən təyyarə əlverişsiz hava səbəbindən hava limanına qayıtmaq məcburiyyətində qalmışdı.  

*
12:09

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR