İnsanlara hürriyət, millətlərə istiqlal!

Elon Mask Pentaqon və “New York Times”i hədəfə aldı – Şok açıqlamalar

Dünyaca məşhur sahibkar və “X” (keçmiş Twitter) platformasının sahibi Elon Mask yenidən qalmaqallı açıqlamaları ilə gündəmdədir. Musavat.com xəbər verir ki, bu dəfə onun hədəfində ABŞ Müdafiə Nazirliyi – Pentaqon və “New York Times” kimi nüfuzlu media qurumu olub.

Mask sosial media hesabında verdiyi açıqlamada “New York Times”i açıq şəkildə “təmiz təbliğat maşını” adlandırıb. O bildirib ki, bu media orqanı bilərəkdən cəmiyyətə yalan məlumat yayır və bunu Pentaqonun bəzi əməkdaşlarının dəstəyi ilə həyata keçirir:

“New York Times — tamamilə təmiz təbliğatdır. Bundan əlavə, Pentaqonun New York Times-a bilərəkdən yalan məlumat sızdıran əməkdaşlarının məhkəmə qarşısına çıxarılmasını səbirsizliklə gözləyirəm. Onlar tapılacaqlar.”

Elon Maskın bu açıqlaması ABŞ ictimaiyyətində rezonans doğurub. Ekspertlər hesab edirlər ki, milyarder təkcə media qurumlarını deyil, dövlətin hərbi strukturlarını da birbaşa ittiham etməklə riskli mövqe sərgiləyib. Bu, onun söz azadlığı və informasiya təhlükəsizliyi ilə bağlı apardığı mübarizənin növbəti mərhələsi kimi qiymətləndirilir.

Mask daha əvvəl də “mainstream media” adlandırılan əsas axın informasiya vasitələrini qərəzli və manipulyativ olmaqda ittiham etmişdi. Bu dəfə isə onun konkret olaraq Pentaqon əməkdaşlarının hüquqi məsuliyyətə cəlb olunması çağırışı ABŞ daxili sisteminə yönəlmiş ciddi xəbərdarlıq kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR