İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elnarə və Mina mənim heç nəyimdir" - VİDEO

Müğənni Almaz Saraylı qohumu olan Elnarə Xəlilova və Mina Hüseynlə bağlı qalmaqallı açıqlama verib. 

Sənətçi "Qonaqcanlı" verilişində bununla bağlı suala əsəbiləşib. Bildirib ki, onları qohum hesab etmir:

"Onlar məndən çox uzaqdır. Bəri başdan deyim, hər dəfə onların adını çəkirlər. Onlar ATV-də elə söz dedilər ki, qəlbimə dəydilər. Əslində yaxın deyillər. Babam ikinci dəfə ailə qurub, onlardan olan uşaqlardır. Onlar mənim heç nəyimdilər. Çünki başqa şey dedilər. Elnarə efirdə mənimlə bağlı deyir ki, ögeydir. Efirdə belə bir şey demək olar? Amma mən heç vaxt deməmişəm ki, onlar ögeydir. Bu, nə deməkdir? Doğmaları da görürük. O sözə görə onlardan qəlbim qırılıb, mənim heç nəyimdirlər".

A.Saraylı bildirib ki, adının onlarla birlikdə çəkilməsindən narahat olub:

"Ən yaxın qohumlarım Nailə Mirməmmədlidir, doğma əmim qızıdır. Brilliant Dadaşova xalam nəvəsidir. Xalq artisti Əlibaba Abdullayev anamın əmisidir. Bunlardan deyin. Onların adını çəkməyin. Başınıza dönüm, ehtiyacım yoxdur. Allah onların yolunu açıq etsin. Elnarə yaxşı oxuyandır. Minanı çox istəyirəm, şirin qızdır. Haradasa qohumumdur, babamdan qan qohumuyuq. Görürsünüz, neçə illərdir deyirlər, Elnarə qohumunuzdur, amma açıb deyə bilmirəm. O nə söz idi".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR