İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmir Ramazanov: “Bu, sahibkarları könüllü əməletmə prinsipinə təşviq edir”

“Fəaliyyətimizin şəffaflıq və vətəndaş məmnuniyyəti prinsipi əsasında təşkili ən öndə olan strateji hədəfimizdir”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib.

O qeyd edib ki, tətbiq edilən hər bir layihə və yeniliklərin uğurlu olduğunu göstərən əsas meyar sahibkarların məmnunluq səviyyəsidir.

Baş İdarə rəisi vurğulayıb ki, “Könüllü əməletmə” prinsipi gömrük rəsmiləşdirilmə prosesinin daha sürətli və çevik həyata keçirilməsi imkanını yaradır:

“Bu da öz növbəsində sahibkarları könüllü əməletmə prinsipinə təşviq edir. Gömrük əməliyyatlarının təhlili zamanı müəyyən edilib ki, ümumi əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aiddir. Məhz gömrük bəyannamələrinin sürətli rəsmiləşdirilməsi qeyd edilən qrupa aid edilən əməliyyatlara tətbiq edilib”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR