Onlayn ictimai-siyasi qəzet
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına işə qəbulun dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Agentlikdən bildirilib ki, hazırda elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə elmi-tədqiqat institutlarında düzgün kadr siyasətinin aparılması işi üzrə müzakirələr aparılır:
"Bu istiqamətdə zəruri addımlar atıldıqdan sonra tərəfimizdən bütün yeniliklər barədə əlavə məlumat veriləcək", - deyə sorğuya cavabda bildirilib.
APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Radiasiya Problemləri İnstitutunda 25 və Şamaxı Astrofizika Rəsədxanasında 8 vakant yer olmasına baxmayaraq işə qəbul dayandırılıb.
Qeyd edək ki, adıçəkilən elmi müəssisələrə işə qəbulla bağlı müraciət edən şəxslərə qəbulun dayandırıldığı bildirilib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ