Onlayn ictimai-siyasi qəzet
Rusiyada həbs edilmiş keçmiş vəkil Elman Paşayevin işi ilə bağlı onun həmkarı Faiq Həsənov Donetskdə saxlanılıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, keçmiş vəkil cinayət ortağı vasitəsilə müharibəyə gedən məhbuslara pul qarşılığında arxa cəbhədə qalmağı təklif edib.
95-ci motoatıcı alayındakı mənbə telekanala bildirib ki, Həsənov komandir Viktor Moskalenkonun “sağ əli”dir və Paşayevin həmyerlisidir.
Ehtimal olunur ki, R.Həsənov vasitəsilə Paşayevə pul göndərilib.
Bildirilir ki, Rusiya İstintaq Komitəsinin hərbi istintaq idarəsinin əməkdaşları hər iki şəxsi fəal şəkildə dindirir. Xüsusilə, müstəntiqləri Paşayevin xidmətinin təfərrüatları maraqlandırır: o, müvəqqəti dislokasiyanın hansı nöqtəsində olub, neçə nəfəri arxa cəbhədə saxlamağa macal tapıb, komandir Moskalenko onun sxemlərindən xəbəri olubmu, olmayıbmı.
Faiq Həsənov artıq dindirilmək üçün Moskvaya aparılıb.
Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb. Müstəntiqlərin fikrincə, 2024-cü ilin fevralında o, "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyi böyük pul mükafatı üçün həyat yoldaşlarını cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ