İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Mövsümov yüksək vəzifəyə TƏYİN OLUNDU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Əli Fərhad oğlu Mövsümov təyin olunub.

Qeyd edək ki, 1979-cu ildə Bakı şəhərində anadan olan Əli Mövsümov 2018-ci ildən 2024-ci ilin may ayınadək Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri Himalay Məmişovun müşaviri vəzifəsində çalışıb.//Qaynarinfo

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR