İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli cibində medal qazanan Yusuf Dikeçlə İlon Maskın ŞOK MESAJLAŞMASI - 36 milyon dəfə... - VİDEO

"Paris-2024" Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeçə sosial mediada böyük maraq var.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Dikeçin "X" platformasında açdığı hesab diqqət çəkib.

Belə ki, Yusuf Dikeç hesabını açdıqdan 3 gün sonra izləyicisi 200 mini keçən ilk paylaşımı 26 milyon istifadəçi tərəfindən baxılıb.

Onun öz hesabından "Tesla", "SpaceX" və "X" şirkətlərinin sahibi İlon Maskla mesajlaşması dünyada səs-küy yaradıb.

Mask Yusuf Dikeçin atış zamanı duruşuna "Gözəl" deyə şərh bildirib və onun hesabını izləməyə başlayıb.

İdmançı "X" hesabında yazıb: "Salam, İlon, sizcə, gələcəyin robotları əlləri cibində Olimpiadada medal qazana biləcəkmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?"

MUSK .png (366 KB)

Sözügedən mesaj indiyədək 36 milyon dəfə baxılıb.

İlon Mask isə Yusuf Dikeçə "İstanbula səfər etməyi səbirsizliklə gözləyirəm. İstanbul dünyanın böyük şəhərlərindən biridir" - deyə cavab verib.

"X" hesabını 3 gün öncə açmasına baxmayaraq, Dikeçin 200 mindən çox izləyicisi var, hər paylaşımı isə 1 milyondan çox izlənilir.

Yusuf Dikeçə medal qazandıran görüntüləri təqdim edirik:

Xatırladaq ki, 51 yaşlı idmançı əlini cibinə qoyaraq atış edib və Olimpiadanın gümüş medalına sahib çıxıb. 

Yusuf Dikeç Türkiyə polis orqanlarında işləyib. Bundan öncə 4 dəfə Olimpiya Oyunlarına qatılıb. Lakin heç birində uğurlu ola bilməyib. 

"Paris-2024"dən əvvəl isə o, bu dəfə hədəfinə çatacağını və Olimpiadada medal qazanacağını bildirib. Yusuf Dikeç istəyinə çataraq medalçılar sırasına düşə bilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR