İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələsgər Məmmədli hospitala köçürüləcək

“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.

Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Bakı şəhərinin Xətai Rayon Məhkəməsi qərar qəbul edib: "Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək".

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR