İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektromobillər yaxın 5 ildə neftə tələbatı dibə çəkəcək – BEA-dan ilginc proqnoz  


Hazırda dünya üzrə yeni avtomobil satışlarının 20 faizi (Çində 30 faizi) elektriklə işləyən nəqliyyat vasitələrinin payına düşür.

Musavat.com iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq Enerji Agentliyinin(BEA) 2024-cü illə bağlı hesabatında əksini tapıb.

Agentlik 2030-cu ilə qədər bu göstəricinin 50 faizə çatacağını proqnozlaşdırır.

Qurumun hesablamalarına görə, elektrik mühərrikli avtomobilləşmənin bu sürəti yaxın 5 ildə gündəlik qlobal neft istehlakını 6 milyon barrel azaldacaq.

Qeyd edək ki, avtomobillərdə elektrikləşmənin ən yüksək sürəti neftin ən böyük istehlakçısı olan Çində qeydə alınıb. Belə ki, 2024-cü ildə dünya üzrə 17 milyon elektrikli avtomobil satışının 60 faizi - 11 milyon ədədi Çində olub. Ölkə üzrə bütün avtomobil satışları (yük, minik, avtobus) 31 milyon ədəd olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR