İnsanlara hürriyət, millətlərə istiqlal!

Elbrusda qaya uçqunu oldu, turistləri xilasedicilər qurtardı

Xilasedicilər Kabardin-Balkar dağlarında qaya uçğuqunu zamanı xəsarət alan bütün turistləri vertolyotla təxliyə ediblər.

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı ölən turistin cəsədinin çıxarıldığı barədə də məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyi Kabardin-Balkar dağlarında xəsarət alan bütün turistləri helikopterlə təxliyə edib. Onlar Nalçik şəhərinin həkimlərinə təhvil verilib.  FHN-nin Elbrus dağ axtarış-xilasetmə qrupunun xilasediciləri vertolyotla iki reysdə beş yaralı və bir nəfər həlak olmuş şəxsi təxliyə ediblər”, - məlumatda deyilir.

FHN-in regional idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, mərhumun cənazəsi Bezengi alpinist düşərgəsinə təhvil verilib. 1989-cu il təvəllüdlü şəxs Sankt-Peterburqdan Kabardin-Balkariyaya istirahətə gəlibmiş.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR