Onlayn ictimai-siyasi qəzet
Əl və ayaqlarda uyuşma diabetin əsas əlamətlərindən hesab oluna bilər.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin məşhur endokrinologiya və metabolik xəstəliklər mütəxəssisi Esra Tutal xəbərdarlıq edib.
Diabetin əlamətlərindən danışan həkim bildirib ki, şəkər xəstəliyi müxtəlif simptomlarla özünü göstərir:
“Susuzluq, çox su içmək və tez-tez sidiyə çıxmaq, arıqlamaq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma, daha ciddi hallarda isə koma şəkər xəstəliyinin əsas əlamətləridir".
O qeyd edib ki, şəkərli diabet ömür boyu davam edən xroniki xəstəlikdir:
"Müalicə ilə qan şəkəri normal hədlərə çatdırıla bilər. Qan şəkərinin normal həddə olması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Buna görə də şəkərli diabeti azaldan dərmanlar vaxtında və müntəzəm istifadə edilməlidir".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ