Onlayn ictimai-siyasi qəzet
Əhməd əl-Şara Suriya prezidenti kimi xalqa etdiyi ilk çıxışında keçid hökumətinin formalaşdırılması üzərində iş görüldüyünü açıqlayıb.
Onun müraciəti Suriya mediası tərəfindən yayımlanıb.
"Qadınlar və gənclər də daxil olmaqla, bütün suriyalıların maraqlarını təmsil edəcək keçid hökuməti formalaşdırmaq üçün çalışacağıq", - deyə əl-Şara bildirib.
O, həmçinin ölkənin bütün ərazilərini nəzarət altına alacağına söz verib.
“Qarşıdakı dövrdə biz bir sıra prioritet vəzifələrin həllinə diqqət yetirəcəyik ki, onların da başında bütün Suriyanın ərazi bütövlüyünün vahid hakimiyyət altında bərpa edilməsi durur.", - deyə o vurğulayıb.\\APA
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ