İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “Ermənistan faciəvi reallığa qədəm qoyub”

“Biz yeni faciəvi nəticəyə gətirib çıxaracaq reallığa qədəm qoyduq”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Alternativ layihələr” qrupunun eksperti Vahe Hovhannisyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan eyni vaxtda Ermənistanın dövlətçiliyinə son qoyublar.

“Erməni cəmiyyətinin cəmi 7-10 faizinin motivasiyası var, amma onlar nə edəcəyini bilmir, alternativ ideyaların olmamasından biganə qalan geniş kütlə də var”, - deyə Hovhannisyan bildirib.

Erməni ekspertin fikrincə, narahatlıq siyasi məzmuna, ictimai prosesə çevrilərsə, hər iki təbəqə səmərəli qarşılıqlı fəaliyyət göstərə bilər və bu da nəticə verəcək: “Əks halda narahatlıq panikaya çevriləcək və bu, dövlətçiliyin dağılmasını sürətləndirəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR