Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Başçısı Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu işdən ayrıldıqdan sonra siyasətə daha fəal şəkildə qoşulacağı ilə bağlı yayılan xəbərlər ilə ictimaiyyətin diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, bu iddialara aydınlıq gətirən Dilək İmamoğlu geniş açıqlama verib.
Dilek İmamoğlu mövzu ilə bağlı verdiyi açıqlamada, ailə olaraq siyasətə yanaşmalarını və şəxsi mövqeyini ortaya qoyub.
“Əkrəm ailəmizin siyasətçisidir və biz də onun ailəsi olaraq bu yolda ona dəstək olmağa davam edəcəyik. Mən isə şəxs olaraq əvvəl necə idimsə, indi də eləyəm. Keçən il nə demişdimsə, bu il də həmin fikirdəyəm”,-deyə Dilək İmamoğlu bildirib.
Dilek İmamoğlu həmçinin öz ictimai mövqeyi və gələcək planları barədə də danışıb:
“Mən hər zaman ölkəmin, ətraf mühitin və dünyanın problemlərinə həssas yanaşmışam. Sosial məsuliyyət sahəsində daha fəal olmaq niyyətindəyəm. Ölkəmin və cəmiyyətimin qarşılaşdığı problemləri yaxından izləməyə və bu istiqamətdə faydalı işlər görməyə davam edəcəyəm. Lakin siyasət məsələsinə gəlincə, bizim ailədə bu sahə Əkrəm bəyə aiddir və biz də ailə olaraq ona dəstək veririk.”
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ