İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekofəallar məşhur abidəni narıncı rəngə boyadılar

Britaniyanın "Just Stop Oil" təşkilatının iki fəalı neft, kömür və qaz hasilatına etiraz əlaməti olaraq məşhur Stonehenge abidəsini narıncı boya ilə boyayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qəzetin yazdığına görə 21 yaşlı Oksford tələbəsi və 73 yaşlı sakin polis tərəfindən tarixi abidəyə ziyan vurmaqda şübhəli bilinərək həbs ediliblər. Məlumata görə, etirazçılar qarğıdalı unundan hazırlanmış narıncı boyadan istifadə ediblər. Fəalların dediyinə görə, boya yağışla yuyulacaqmış.

Qeyd edək ki, Stonehenge, eramızdan təxminən 2,5 min il əvvəl bir dairədə qurulmuş nəhəng daşlar qrupudur. Solsberi düzənliyində yerləşən abidənin ən ağır daşlarının çəkisi 30-40 tondur. 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR