İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehsan qadağası yenidən gündəmdə - BUNDAN SONRA...

Yas mərasimlərindəki israfçılıqla bağlı müzakirələr səngimir; hətta bankdan borc götürüb məclis verənlər var - deputat və dinşünas rəyi

Bakıda yas mərasimində ölüm faktı qeydə alınıb. Hadisə paytaxtın Nizami rayonundakı mərasim evlərinin birində baş verib. Yas mərasimində iştirak edən 57 yaşlı N.Məhərrəmov boğazında yemək qaldığı üçün boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. Təbii ki, faciəvi hadisədir. Lakin yas məclisində yemək verilməsi mövzusunu yenidən gündəmə gətirir.

Bununla bağlı çağırışlar edilir, təbliğat aparılır, israfçılığın qarşısının alınması üçün maarifləndirici işlər görülür, amma əfsus ki, hələ də yemək vermək ənənəsi davam edir. Doğrudur, bəzi regionlarda, Bakının kəndlərində, Naxçıvanda, bu günlərdə Füzulidə yas məclislərində yemək verilməsi yığışdırılıb. Süfrəyə yalnız çay, xurma, lavaş, halva qoyulur. İslam dini də vəfat edən şəxsin hüzründə yemək verilməsini vacib buyurmur. Hədisə görə, Peyğəmbərin (s) əmisi oğlu Cəfər, əmisi Həmzə vəfat edəndə Peyğəmbər (s) buyurub ki, “onun evinə yemək aparın, çünki yaxınlarının başı qarışıqdır, ac qalmasınlar”. O, yeməkləri camaat üçün yox, ev sahibi üçün təşkil etməyi əmr edib.

Ancaq indi sanki adamlar qonaqlığa gedir. Üstəlik, ev sahibi xərcə düşür. Hətta bankdan borc götürüb ehsan vermək məcburiyyətində qalanlar var. Əgər kiminsə könlündən ehsan vermək keçirsə, ona qadağa da qoymaq olmaz. Sadəcə, bu məsələni ənənə halına çevirmək düzgün sayılmır. Əksinə, imkanı olanlar yaxınının vəfatı il bağlı ehsan əvəzinə bir yol çəkdirə, kasıb ailəyə bazarlıq edə, imkansız tələbənin təhsil haqqını ödəyə, bir yoxsul xəstənin müalicəsini, dava-dərmanını qarşılaya bilər. Bəlkə bu istiqamətdə təbliğatı gücləndirməliyik? Ümumiyyətlə, ehsan qadağası mümkündürmü?

Fazil Mustafa güllələndi — Yenilənib

 Fazil Mustafa 

Deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, belə bir təbliğata ehtiyac yoxdur: “Bizim cəmiyyət təbliğatla öz həyatını sadələşdirmək yolunu seçmir ki. Əksinə, hansısa formada müəyyən məhdudiyyətlər gətirməklə bunu etmirlər. Çünki təbliğatla insanlara yüz dəfə deyirsən ki, gedib bədəninizi estetik əməliyyata süni şəkildə təslim etməyin və faciələr yaşamayın. Amma insanın ağlı yoxdursa, nə etməlidir? Gedib özünü riskə atıb həyatı ilə oynamalıdır. Bu baxımdan da yüz dəfə təbliğat apar. Əgər insan özü hansısa şəkildə həyatını, yaşamını sadələşdirmək istəmirsə, ona nə edə bilərsən?! Yas məsələsi də belədir, toy məsələsi də belədir. Ona görə də çətinliyimiz böyükdür və bunun təbliğatla həll olunacaq bir yolu yoxdur. Yəni indi bu, yasda təsadüfən baş verən bir hadisədir, amma ümumiyyətlə, bu yemək məsələsini hələ də tam  həll edə bilmədik. Bir sıra yerlərdə insanlar yığışıb bir qərar qəbul edə bilirlər, bu yaxşı haldır. Amma indi hamı bunu edə bilmir, ona görə də burada məsələ bir az mürəkkəbdir. Bunun təbliğatla əlaqəsi yoxdur. Təbliğatı indi biz necə aparaq?! Dəfələrlə deyilib, amma bir nəticəsi yoxdur”.

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa  çalışırlar

Kənan Rövşənoğlu 

Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Boğazında yemək qalıb ölən şəxsə Allah rəhmət eləsin. Amma bu, ehsan qadağası üçün səbəb ola bilməz axı? İslam dini israfçılığı qadağan edir, ehsan süfrələrini deyil. Çünki ehsan bir mənada xeyir iş, yaxşılıq mənasındadır. Azərbaycan xalqının adəti budur ki, evinə gələnə süfrə açsın, indi bu da yas məclislərində süfrə açılmasına gətirib. Burada ehsan süfrəsi deyil, israfçılıq qınanılmalıdır. Amma məsələn, biz keçən dəfə gördük ki, müvafiq qurumlar ehsan süfrəsi adı ilə dini məclisləri qadağan edir, ümumilikdə gəlib vətəndaşların həyətində məclisləri dağıdır. Yemək qazanlarını götürüb aparırlar. Bu cür metodlar, əlbəttə, əks-effekt doğurur. Buna görə də insanlara sadəcə təbliğ olunmalıdır və konkret müəyyən olunmalı və açıqlanmalıdır ki, nə qadağan edilir. Yas məclislərindəki süfrələr, yoxsa dini məclislər və sair. Yəni məsələ açıq və şəffaf olmalıdır. Biz israfçı ehsan süfrələrinə qarşıyıq. Amma bu, inzibati yollarla deyil, təbliğat və dəvətlə olmalıdır. Üstəlik, dini məclislərə də sirayət olmamalıdır”.

Ceyhun Məmmədov. Oxu.az Saytında Ceyhun Məmmədov mövzusunda son xəbərlər -  Oxu.az

Ceyhun Məmmədov 

Bundan əvvəl ilahiyyatçı deputat Ceyhun Məmmədov demişdi ki, yas məclislərində israfçılığa son qoymalı və bundan xilas olmalıyıq: “Hesab edirəm ki, bu məsələyə yanaşma ciddi dəyişməlidir. Burada həm vətəndaşlardan, həm də dövlətdən asılı məsələlər var.

 Hamı narazıdır, buna baxmayaraq hər dəfə yas məclislərində israfçılıqların şahidi oluruq. Xüsusilə imkansız təbəqə bu məsələdən ciddi əziyyət çəkir. Düşünürəm bu məsələnin normativ sənədlərlə tənzimlənməsinə, geniş maarifləndirmə işlərinə ciddi ehtiyac var.

Onu da qeyd edim ki, dinimizdə yas məclislərinin bu formada, israfçılıqla keçirilməsi günah əməllərdən biri sayılır. Əgər insanlarımız ehsan vermək istəyirlərsə, ehsan etmək niyyətindədirlərsə, bunun üçün uşaq və ahıllar evlərinə maddi yardım edə bilərlər. Bununla yanaşı, təhsil almaq, ailə qurmaq imkanı olmayanlara dəstək göstərmək olar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR