İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanıb”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əvvəlcə dövlət başçısına, onu yubileyi münasibətilə təltif etməsinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ayrıca təşəkkür məktubunu cənab Prezidentə göndərəcək.

Büdcə sənədi ilə bağlı danışan Ə.Əmiraslanov dedi ki, 2023-cü ilin büdcə zərfində səhiyyəyə 1 milyard 900 milyon manat nəzərdə tutulub, onun böyük hissəsi icbari tibbi sığirtaya yönəldilib: “Bütün bunlar səhiyyə xidmətinin yüksəlməsinə xidmət edəcək. Tibbi avadanlıqların köhnəlməsi səbəbindən onların yenilənməsi ilə əlaqədar məsələ qaldırmışdıq, bu məsələ həllini tapmaqdadır, bununla əlaqədar baş nazir Əli müəllimə və hökumət üzvlərinə təşəkkürümü bildirirəm. Ancaq bir qrup xəstəliklər icbari tibbi səğorta ilə əhatə olunmur, xüsusilə də onkoloji xəstəliklər. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməməsi problemlər yaradır, xəstələrdə də haqlı narazılıq yaradır. Həmçinin auditizm xəstələri...”

Deputat dərman vasitələri ilə bağlı məsələlərin həllinə də böyük ehtiyac olduğunu söylədi. “Məndə olan məlumata görə, hökumətdə dərman məhsulları ilə bağlı proqram hazırlanır. Bu proqram əsasında dərman vasitələri üzrə problemlər öz həllini tapacaq”. Ancaq deputat Milli Məclisdəki peşəkar deputatların, mütəxəssislərin də bu işə cəlb olunmasını faydalı saydı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR