İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Son yüz ilin ən sərt QIŞI GƏLİR

Qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində adiyyəti üzrə müvafiq müşavirələr keçirilib. Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Müşavirələrin əsas məqsədi rayonların müvafiq xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsidir.

Ardıcıl olaraq bir neçə dəfə keçirilən bu müşavirələr qışın sərt keçəcəyi barədə müzakirələrin başlamasına səbəb olub.

Bəs 2023-cü ildə qış fəsli digər illərə nisbətən daha soyuq keçə bilərmi?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı danışan AMEA-nın akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a bildirib ki, Bakı şəhərində əhalinin sıxlıq təşkil etməsi fəsillərə təsir edən ən böyük amillərdən biridir:

“Bakı şəhəri təxminən 1 milyon yarımlıq əhalinin yaşayışı üçün hesablanıb, amma qeyri-rəsmi məlumatlara görə, Bakıda 4 milyona yaxın əhali var. Belə olan halda təbii ki, daxili miqrasiyanın ən böyük faciəsi odur ki, şəhər əhalisi kütləvi şəkildə köçürülürsə, o şəhərdə infrastruktur dağılır və şəhər mühitində xeyli problem yaranır. Hazırda milyonlarla qaçqın, iş yerləri üçün axın şəhərin normal fəaliyyəti üçün problem yaradır. Bakı dünyanın əksər şəhərlərindən biridir ki, öz əhalisinin mövcud vəziyyətinin bir neçə dəfə artıq əhali ilə infrastrukturunu formalaşdırmalıdır”.

AMEA rəsmisi qeyd edib ki, Bakı şəhəri Azərbaycanın ən çətin iqlim şəraitində yarım səhra, quru çöl iqlimində yerləşən şəhərdir. Onun sözlərinə görə, bu ərazilərdə insanların sağlamlığı və ərzaq təchizatı barədə problemlər yaranır: “Əgər biz bir az təmiz hava almaq istəsək, gərək 180-200 kilometr gedək ki, dağ havası alaq. Bunun səbəbi odur ki, böyük Qafqaz dağları artıq Abşeron yarımadasına çatanda artıq yox olur. Şimaldan gələn hava axınları bura sərbəst şəkildə daxil olur. Eyniylə cənubdan gələn və Xəzər dənizində nəm hava da bura daxildir. Belə olan halda Bakının iqliminin qeyri-müəyyənləşməsi çoxalır və qabaqcadan heçnə demək olmur ki, hava necə olacaq”.

Ənvər Əliyev hesab edir ki, hazırkı göstəricilərə baxsaq, bu il havanın soyuq olma ehtimalı artıb, çünki artıq Bakı 70-ci illərin Bakısı kimi küləkli, soyuq olacağı hiss olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə bildirdi ki, uzunmüddətli proqnozların özünü doğrultma ehtimalı bir qədər aşağı olur:

“Bütün dünyada belədir ki, ən real proqnozun belə özünü doğrultması 3 günlükdür. Artıq 3 günü keçəndən sonra həmin proqnozun özünü doğrultması aşağı düşür. Buna görə də, indidən demək olmur ki, yanvarda və ya fevralda hava necə olacaq. Düzdür, fəsillik proqnozlar verilir, amma onların özünü doğrultması o qədər də yüksək olmur. Hər ayın sonunda növbəti ay üçün proqnoz veririk ki, hava necə keçəcək, amma belə uzunmüddətli proqnozları deməlk bir az çətindir”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR