İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Diqqət edin, GÜCLÜ olacaq

Yanvar ayı ərzində bir neçə maqnit qasırğasının baş verməsi gözlənilir. Bu təbiət hadisələri insanların sağlamlığına və gündəlik fəaliyyətlərinə təsir göstərə bilər. Xüsusilə meteohəssas şəxslərin bu günlərdə daha diqqətli olmaları tövsiyə olunur.

Musavat.com maqnit qasırğaları ilə bağlı xəbərdarlıq edilən günləri təqdim edir:

21-22 yanvar: Zəif və orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.

27-28 yanvar: Orta və güclü səviyyəli maqnit aktivliyi gözlənilir. Yuxu rejiminə və qidalanmaya diqqət yetirmək, orqanizmi çox yükləməmək vacibdir. 

Maqnit qasırğaları meteohəssas insanlarda baş ağrısı, yuxusuzluq, qan təzyiqində dəyişikliklər və ümumi narahatlıq kimi simptomlara səbəb ola bilər. Bu təsirləri azaltmaq üçün sağlam qidalanma, kifayət qədər su qəbul etmək, alkoqol və yağlı qidalardan uzaq durmaq, fiziki aktivliyi artırmaq və qan təzyiqinə nəzarət etmək tövsiyə olunur. 

Qeyd edək ki, maqnit qasırğaları Günəşdə baş verən partlayışlar nəticəsində yaranır və Yerin maqnitosferinə təsir edir. Bu təbiət hadisələri texnoloji sistemlərə də təsir göstərə bilər. 

Günəş aktivliyi ilə bağlı proqnozlar ilkin xarakter daşıyır, çünki günəş partlayışları özbaşına baş verə bilər və maqnit qasırğalarının intensivliyini artıra və ya azalda bilər. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR