İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Bu gecə saat 00:00-da... - FOTO

Bu gün və sabah Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.

Bu barədə məlumat "time-in.ru"da qeyd olunub.

Məlumata görə, geomaqnit qasırğası bu gün saat 12-dən etibarən aşağı səviyyədə olmaqla başlayıb. Saat 15:00-da isə pik həddə çatacaq. Daha sonra nisbətən azalsa da günboyu və sabah davam edəcək.

Orta səviyyəli geomaqnit qasırğası sabah səhər saat 3 radələrində pik həddinə çatacaq. Ümumilikdə isə gün boyu aşağı səviyyə ilə davam edəcək. Sabah saat 15-də qasırğanın şiddəti azalsa da, 18-də yenidən aşağı səviyyəli müşahidə ediləcək. 21-də isə ümumiyyətlə maqnit qasırğası müşahidə olunmayacaq.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, nəfəsalmada problemlə üzləşənlər maqnit qasırğası zamanı təzyiqin oynaması, aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər. Mütəxəssislər belə şəxslərə çölə çıxmamağı məsləhət görür./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR