Onlayn ictimai-siyasi qəzet
Sabah Bakıda geomaqnit qasırğası olacaq.
Axşam saat 21:00-dan etibarən başlayan qasırğa zəif kimi təsnifləndirilib.
Geomaqnit qasırğası may ayının 3-dək davam edəcək.
Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir. (baku.ws)
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ