İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər Aİ missiyasının vaxtı uzadılarsa, Azərbaycan...” - İLGİNC DETALLAR

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə iki prinsipial razılaşma əldə olunmayıb. Bu, Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqının yarım hərbi mülki missiyasından imtina edilməsidir”.

Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

1600318792_mehemmed.jpg (53 KB)

Ekspert qeyd edib ki, bu missiyada Fransa və Kanadanın kəşfiyyat nümayəndələri təmsil olunur:

“Məqsəd regionda Fransanın geosiyasi mövqelərini möhkəmləndirməkdən ibarətdir. Ermənistan tərəfi 2025-ci ilin fevralında bunların mandatı bitdiyinə görə vaxtı uzatmamalıdır. Amma Ermənistan tərəfi Avropa İttifaqının missiyasının vaxtını uzatmağa çalışır. Görünür, Fransa bu ölkəyə təzyiq edir. Fransanın əsas siyasəti sülhün əldə edilməsinin qarşısını almaqdır. Ermənistan baş naziri siyasi iradə ortaya qoyub, bu missiyadan imtina etməlidir. Əgər imtina etməsə, sülhdə maraqlı olmadığını göstərəcək. Düşünürəm ki, Fransa burada daima qalmaq və iki ölkə arasında mülki missiyanı bir növ sülhün qarşısını alan mərkəz kimi fəaliyyət göstərməsinə çalışmaqdır. Ermənistan rəhbərliyi reallıqları qəbul edəcək. Görəcək ki, bu missiya Ermənistan üçün fəlakətə yol açır. Avropa İttifaqının mülki missiyasının tərkibi Fransa mənşəli kəşfiyyatçılardır. Fransa çalışır ki, bu missiyanın gələcəkdə Zəngəzur dəhlizində fəaliyyətinə nail olsun. Azərbaycan buna razı ola bilməz. Əgər Ermənistan bu missiyadan imtina etməyəcəksə, Paşinyan üçün çətin vəziyyət yaranması mümkündür”.

Azərbaycan Prezidenti Avropa İttifaqının missiyası mövzusunda xəbərdarlığını edib, prinsipial mövqeyini açıqlayıb. 

Gələn il missiyanın müddəti uzadılsa, nələr baş verə bilər? 

M.Əsədullazadə: “Əgər missiyanın vaxtı uzadılarsa, Azərbaycan danışıqları dayandırmalıdır. Ermənistan rəhbərliyi Avropa İttifaqı missiyasını qapatmalıdır. Azərbaycan bunu İrəvandan gözləyir. Bu, bizim üçün prinsipial məsələdir. İki ölkənin sərhədində üçüncü qüvvələr ola bilməz. Ermənistan bu missiyadan imtina edərsə və konstitusiyanı dəyişərsə, Azərbaycana qarşı ərazi iddialarından geri çəkilərsə, aprel ayına kimi sülh müqaviləsi bağlana bilər”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR