Onlayn ictimai-siyasi qəzet
Braziliya millisinin sabiq futbolçusu Romario karyerasını bərpa edib.
İdman.biz xəbər verir ki, əfsanəvi hücumçu 58 yaşında meydanlara qayıtmağa qərar verib.
Romario “Amerika de Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. O, həm də bu klubun prezidentidir.
Hücumçu özünə minimal maaş təyin edib. O, bu məbləği klubun fonduna köçürəcək.
“Amerika de Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da çıxış edir.
Qeyd edək ki, Romarionun komandası Braziliyanın D seriyasında mübarizə aparır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ