İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb

Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

“Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər əldəqayırma partlayıcını işə salıb, nəticədə 1-i qadın olmaqla, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər”, - o deyib.

X.Zadran əlavə edib ki, polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaları davam etdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR