Onlayn ictimai-siyasi qəzet
“Bu gün 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Bu sahə ölkə iqtisadiyyatında xidmət sektoru olaraq böyük xüsusi çəkiyə malikdir. Bu sektor inkişaf dinamikasına, kadr təminatı məsələlərinə və müasir tələblərə cavab verə bilmə göstəricilərinə görə bir çox sektorları geridə qoyub. 2024-cü ilin yenilənmiş dövlət büdcəsi layihəsində ümumi səhiyyə xərcləri 1 milyard 863 milyon 294 min manat nəzərdə tutulub ki, bu da ötən il ayrılmış vəsaitdən 58 milyon 337 min manat çoxdur".
Musavat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi insanlar üçün çox böyük imkan yaradıb: "Bunu danmaq ədalətsizlik olar. 10 min – 15 min manatlıq əməliyyatlara pulu olmayıb həyatını itirənlər, sağlığına qovuşa bilməyənlər bu sistemin tətbiqi ilə sağlığına qovuşdu".
Ekspert bu sahədə olan problemlərdən və çıxış yollarından da bəhs edib:
"İcbari tibbi sığorta xidmətlərinin siyahısının genişləndirlməsinə ehtiyac vardır. Hər bir sığortalıya göstərdiyi xidmətə görə tibbi personala, ələlxüsus da həkimə ödənilən vəsaitin miqdarına (faizlərə) yenidən baxılmalıdır.
Efirlərdə qeyri-peşəkar həkimlərin təbliğatı nəzarətə götürülməlidir. Pasiyent tibbi xidmətin istehlakçısı olduğu üçün bu istehlakçıların aldadılmasının bir formasıdır.
Sığorta sisteminin inkişaf etdiyi ölkələrdə sığortalı xəstə digərlərindən daha öndə və daha statuslu (hörmətli) olur. Ölkəmizdə isə sığortadan kənar müraciət edən pasiyent daha statuslu hesab edilərək qarşılanır. Odur ki, icbari tibbi sığorta əsasında müraciət edən pasiyentə tibbi personalın baxışın dəyişdirlməsi üçün əməli işlər görülməlidir".
Afaq,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ