İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏDV ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda I rübdə vətəndaşlara 54 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycanda 2025-ci ilin ilk üç ayı ərzində vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisinin (ƏDV) ümumi məbləği 54 milyon manatı ötüb.

Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan iqtisadiyyatı" "Telegram" kanalında məlumat yayılıb.

Bildirilib ki, “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-dən 46 milyon 88,3 min manat geri qaytarılıb. Bu məbləğə neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.

Eyni layihə çərçivəsində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız formada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara qaytarılan ƏDV-nin həcmi isə 8 milyon 59,8 min manatdan çox olub.

Beləliklə, ümumilikdə 2025-ci ilin yanvar-mart aylarında vətəndaşlara 54 milyon manatdan artıq ƏDV geri ödənilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR