İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əclaf da qəşəng kostyum geyinəndə gözəl görünür” – Uzun illərdir Rusiyada yaşayan Sərxan Sərxanla SÖHBƏT

Həmsöhbətimiz uzun illərdir ki, Rusiyada yaşayan xalq artisti Sərxan Sərxandır.

-Sərxan bəy, necəsiniz. Rusiyanın qarlı və şaxtalı günlərində vətən üçün darıxmırsınız ki?

-Əhvalım əladır. Rusiyanın şaxtası məni qorxutmur, öyrəşmişəm. 50 ildir ki, burada yaşayıram. Ona görə də Moskvanın şaxtası mənə əzab vermir.

-Azərbaycana neçə müddətdir ki, gələ bimirdiniz. Deyəsən, pandemiya buna mane olurdu...

- Niyə gələ bilmirdim ki?! Həmişə gəlib gedirdim. Yollar açılandan sonra da gəlmişəm. Sonuncu dəfə dekabr ayında Azərbaycanda oldum.

-Azərbaycana hər gəlişinizdə hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Tez-tez gəlirəm deyə bu dəyişiklikləri o qədər də hiss etmirəm. Uzun illər olmayanda isə fərqli olur. Əsas olan xarici dəyişiklik deyil, daxili dəyişiklikdir. Vacib olan sosial həyat, insanların yaşayışdır. Xarici dəyişikliyə qalanda əclaf da qəşəng kostyum geyinib gözəl görünə bilər.

Lakin daxilində isə elə əclaf olaraq qalacaq. Ona görə də həyatda hər şey harmoniyada olmalıdır. Binalar, küçələr gözəlləşirsə, yaşayış, sosial vəziyyət də dəyişməlidir. Bunu mən vətəndaş kimi deyirəm. Mən insanların zövqlərinin, münasibətinin dəyişməsinə baxıram.

- Sosial vəziyyətdən söz düşmüşkən Rusiyada dolanmaq çətin deyil ki? Bildiyim qədəri ilə toylara da getmirsiniz.

-Mən toylara getmirəm. Əsas istiqmətim 70-ci illərdən səhnə olub. Mənim toy repertuarım yoxdur. Mən səhnədən zövq alıram. Toylara gedənləri də qınamıram. Haradansa pul qazanmalıdırlar. İndi konsertlər zəifdir, qastrol səfərləri yoxdur. Nə ilə dolansınlar. Estrada müğənniləri məcburdurlar ki, toylara getsinlər.

Mən isə martın 7-də Bakıda Rəşid Behbudov adına Teatrda konsert verəcəyəm. Ona görə də mənim pulum mənə çatır, maddi çətinliyim yoxdur. İnsan yaşlandıqca tələbləri azalır. Cavan adamdan soruşursan ki, nə istəyirsən? Deyir, maşın, ev və.s. Mənə indi havayı maşın versələr, götürmərəm.

-Niyə?

-Çünki maşına baxmaq çətindir. Heyif deyil ictimai nəqliyyat. Taksidən, metrodan istifadə edirəm. Çox rahatdır.

-Həmişə belə sadə insan olmusunuz, yoxsa yaşın gətirdiyi bir sindromdur?

-Həri, həmişə.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR