Onlayn ictimai-siyasi qəzet
Prezidentin Zəngəzurla bağlı açıqlamasından sonra Azərbaycan tərəfi mesajlarını davam etdirir və Ermənistan hakimiyyətini çox sürətli şəkildə sülh bağlamağa dəvət edir. Amma bu dəvətin siyasi ritorikadan başqa, hərbi detallarının olmasına da işarə vermək istəyir.
Musavat.com xəbər verir ki, bu barədə Ajans.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bildirib:
“Bizim Ermənistanla münasibətlərimizin kökündə Vətən müharibəsi dayanır. Vətən müharibəsinəqədərki 30 illik işğal faktı var.Vətən müharibəsi isə qalibiyyət faktıdır. Bu Ermənistanın daha asan və daha normal başa düşə biləcəyi dildir. Bu o deməkdir ki, Azərbaycan müharibəylə, şəhidləriylə, hərbi gücüylə qalibiyyəti əldə edib və Ermənistanla münasibətləri bu müstəvidə problemlərin həllində tətbiq etmək istəmir, amma xatırlatma da verir. Ona görə simvolik olaraq, bir dronun adının “Zəngəzur” adlandırılması Zəngəzurun coğrafi, siyasi, hərbi ədəbiyyatda , hərbi-texniki ədəbiyyatda möhkəmlənməsi və beyinlərə işləməsi deməkdir. Şübhəsiz ki, bir dron istehsal olunubsa,onun da başqa formada vəzifələri var. Bu vəzifələri xatırlatmaq kifayətdir”.
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ