Onlayn ictimai-siyasi qəzet
“Telegram” sosial şəbəkəsinin həmtəsisçisi Pavel Durovun vəkili “Telegram” vasitəsilə digər istifadəçilər tərəfindən törədilən cinayətlərdə onun iştirakına dair irəli sürülən ittihamları absurd adlandırıb.
Musavat.com xəbər verir ki, onun sözlərini AFP sitat gətirir.
“Sosial şəbəkənin mesajlaşma xidmətindən istifadə etməklə törədilən cinayət əməllərində onun rəhbərinin əli ola biləcəyini düşünmək tamamilə absurddur”, - deyə vəkil David-Olivier Kaminski bildirib. O əlavə edib ki, “Telegram” bütün cəhətlərdən Avropa rəqəmsal qaydalarına uyğundur və digər sosial şəbəkələrlə eyni standartlara uyğunlaşdırılır".
Əvvəllər məhkəmə müstəntiqi Durovu cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatlara icazə vermək məqsədi ilə şəbəkə platformasının idarə edilməsində iştirakçılıq da daxil olmaqla altı maddə ilə ittiham edib. Belə bir cinayət, Paris prokurorluğunun bəyanatına görə, 10 ilə qədər həbs və 500 min avro cərimə ilə cəzalandırıla bilər.
Qalan ittihamlara səlahiyyətli orqanlara qanuni prosedur çərçivəsində məlumatların ələ keçirilməsi imkanının verilməsindən imtina, uşaq pornoqrafiyası və narkotik vasitələrin yayılması da daxil olmaqla proqram təminatının təmin edilməsi kimi müxtəlif cinayətlərdə iştirak və fırıldaq daxildir. O, həmçinin istifadəçinin autentifikasiyası üçün deyil, daha geniş məqsədlər üçün istifadə edilən messencerinin məxfilik funksiyasını təmin etmək üçün qeydiyyatdan keçməmiş kriptoqrafik vasitələrin təqdim edilməsində ittiham olunub.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ