Onlayn ictimai-siyasi qəzet
Telegram messencerinin yaradıcısı Pavel Durov, Avropa ölkələrindən birinin ondan Rumıniyada keçirilən prezident seçkiləri ərəfəsində müxalif, xüsusilə konservativ Telegram kanallarının susdurulmasını tələb etdiyini bildirib.
Bu barədə o, şəxsi Telegram kanalında paylaşım edərək məlumat verib. Durov konkret ölkənin adını çəkməsə də, paylaşıma “baget” emojisini əlavə etməklə bunun Fransa ola biləcəyinə eyham vurub.
“Biz Telegram olaraq Rumıniyada heç bir kanalı susdurmadıq. Demokratiyanı ‘qorumaq’ adı ilə onu pozmaq olmaz. Seçkilərə müdaxilənin qarşısını almaq bəhanəsi ilə seçkilərə müdaxilə etmək absurd bir yanaşmadır,” – deyə o qeyd edib.
Durov bildirib ki, ifadə azadlığı və ədalətli seçkilər bir-birindən ayrılmaz dəyərlərdir və Rumıniya xalqı həm söz azadlığına, həm də şəffaf seçkilərə layiqdir.
Qeyd edək ki, bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir. İlk turun qalibi olan Jorje Simion, seçkilərdən kənarlaşdırılan namizəd Kəlin Corceskunu dəstəkləyir. Corcesku əvvəllər Avropa İttifaqı ilə münasibətlərə tənqidi yanaşması və Rusiya ilə əlaqələrdə ittiham olunmuşdu.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Rumıniya hakimiyyətinin bu addımını “demokratiyanın prinsiplərinə zidd” adlandıraraq tənqid etmişdi.//konkret.az
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ