Onlayn ictimai-siyasi qəzet
"Telegram" mesencerinin təsisçisi Pavel Durov ilk dəfə Fransada məhkəmə qarşısına çıxıb. Fransanın AFP agentliyinin məlumatına görə, Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqələrinin araşdırılması çərçivəsində hakim tərəfindən dindirilib.
Musavat.com xəbər verir ki, məhkəmədə Durov Fransa ədalətinə güvəndiyini bildirib, lakin ona qarşı irəli sürülən ittihamlarla bağlı ətraflı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Pavel Durov bu ilin avqust ayının 24-də, axşam saatlarında, Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılmışdı.
Hazırda məsələ ilə bağlı istintaq davam edir. Hadisə Durovun rəhbərlik etdiyi Telegram platformasının hüquqi problemləri və təhlükəsizlik məsələlərinə dair müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ