Onlayn ictimai-siyasi qəzet
Paris prokuroru Lor Bekko bildirib ki, Fransada saxlanılan və zaminə buraxılan Telegram-ın təsisçisi Pavel Durov məhkəmə nəzarəti şərtlərinə tam əməl edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bekko bu barədə RTL radiosunun efirində danışıb.
Durovun məhkəmə nəzarəti şəraitində həftədə iki dəfə mütəmadi olaraq komissarlıqda olub-olmaması ilə bağlı suala prokuror belə cavab verib: “O, istintaqla tam əməkdaşlıq edir”.
Xatırladaq ki, P.Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur. İş adamı həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə 5 milyon avro girov müqabilində sərbəst buraxılıb. Ona Fransa ərazisini tərk etmək qadağan edilib. Fransız vəkilin sözlərinə görə, Durovun məhkəmə nəzarətinin yumşaldılmasını tələb etmək hüququ var.
Bundan əvvəl Durov Rusiya Federasiyası və BƏƏ-nin diplomatik yardımından imtina edib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ