İnsanlara hürriyət, millətlərə istiqlal!

Durov 20 ildir ki, bunları etmir - FOTOLAR

“Telegram”ın yaradıcısı, milyarder iş adamı Pavel Durov sağlam həyat tərzi sürdüyünü açıqlayıb.

Durov şəxsi teleqram kanalında 20 ildir spirtli içki içmədiyini hər kəsə ondan nümunə götürməyi tövsiyə edib.

“Mən 20 ilə yaxındır ki, spirtli içki içmirəm, amma bunun bir çox uğurlu insanları məhv etdiyini görmüşəm. Alkoqol içdikdən sonra bir neçə gün ərzində sizin zehninizin aydınlığını və intuisiyanızı bulandırır. Bu müvəqqəti olaraq əhvalınızı yüksəldə bilsə də, bu, kredit götürməyə bənzəyir - onu faizlə geri qaytaracaqsınız. Qısa müddətli həzz uzunmüddətli ağrı gətirir”, - deyə Pavel bildirib.

Milyaderin sözlərinə görə, insanlar sosial təzyiqə görə çox vaxt spirtli içki qəbul edirlər:

“Əksərinin vərdişləri özünü məhv edir: ətrafımızdakı insanların çoxu spirtli içki qəbul edir, “fastfud” yeyir və passiv həyat tərzi sürür. Bu da yaxşıdır. Amma qeyri-adi bir şeyə nail olmaq istəyirsinizsə, öz imkanlarınızı qorumaqla şansınızı əhəmiyyətli dərəcədə artıracaqsınız. Sağlam bədən və ruh”.

Qeyd edək ki, Pavel Durov həmişə sağlam həyat tərzi keçirmək, idman zalına getmək və buz vannaları qəbul etməklə tanınıb. (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR